Ermənistan müxalifəti kiçik müharibə istəyir – Rusiyalı politoloq

   Ermənistan müxalifəti kiçik müharibə istəyir –    Rusiyalı politoloq
  05 İyul 2022    Oxunub:2652
“Ermənistan müxalifəti qətiyyətlə Paşinyanın istefasına çalışır və hakimiyyəti uzun sürən qarşıdurmaya cəlb edə bilsə, öz məqsədinə çata bilər. Hakimiyyət etirazları güclü kütləvi narazılıq dalğası yaratmadan yatırmağa imkan verəcək ictimai dəstəyə malik deyil”.
Bu sözləri AzVision.az-a rusiyalı politoloq Dmitri Qalkin deyib. Onun sözlərinə görə, bununla yanaşı, müxalifətin iqtisadi vəziyyəti dəyişmək, Azərbaycanla hərbi münaqişənin nəticələrinə yenidən baxılmasına nail olmaq barədə heç bir fikri yoxdur. Ona görə də müxalifət hakimiyyətə gəlsə, p raktikada reallaşması mümkün olmayan radikal tələblər irəli sürmək məcburiyyətində qalacaq ki, bu da siyasi gərginliyi artıracaq və sosial sabitliyi pozacaq.

- Yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını mümkün hesab edirsinizmi?
- Paşinyan hakimiyyətdə qalsa, məncə, belə bir razılaşma mümkündür. Paşinyan bu məsələnin yekunlaşmasında maraqlıdır, çünki bu onun üçün beynəlxalq əməkdaşlıq sahəsində Ermənistana iqtisadi fayda gətirə biləcək yeni perspektivlər açacaq. Lakin belə bir razılaşmanın əldə olunması üçün hər iki tərəfin əhəmiyyətli güzəştlərə getməsi lazımdır. Mənə elə gəlir ki, indi nə Azərbaycan, nə də Ermənistan cəmiyyətləri buna hazırdır. Amma Ermənistan və Azərbaycan münasibətlərin yenidən kəskinləşməsinə imkan verməsələr, zaman keçdikcə vəziyyət dəyişəcək.
İnqilabçı keşiş fəallaşıb: Baş Qərargah rəisini görüşə çağırdı

- Paşinyandan sonrakı dövrdə Qarabağda yeni hərbi toqquşma ssenarisi mümkündürmü?
- Təbii ki, hərbi münaqişənin bərpası mümkündür. Üstəlik, iqtidara bunsuz gəlmiş müxalifətçilərin hakimiyyəti saxlaya biləcəkləri ehtimalı azdır. Amma vəziyyəti genişmiqyaslı silahlı toqquşmaya gətirməməyə çalışacaqlar. Onlar Ermənistanın Azərbaycanla münaqişədə qalib gəlməyə qadir olduğuna çətin ki, inansınlar. Lakin gərginliyi yüksək səviyyədə saxlamağa çalışacaqlar.

- Rusiyanın Ermənistana silah tədarükünü bərpa etmək planları varmı?
- İndiki şəraitdə Rusiyanın planları ilə bağlı proqnoz vermək çətindir. Bir tərəfdən, Rusiyanın Ermənistana silah tədarükünü bərpa etməsi geosiyasi səbəblərə görə faydalı olardı. Digər tərəfdən isə, Ukraynada müharibə uzanarsa və Ukrayna Qərbdən vəd olunan məbləğdə hərbi yardım alarsa, Rusiyanın belə bir imkanının olacağına şübhələr var.

Murad Nəcəfov
Nadir Quliyev

AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti