"Məchul pilləkən" alqışlarla qarşılandı - FOTOLAR

"Məchul pilləkən" alqışlarla qarşılandı -  FOTOLAR
  07 İyul 2022    Oxunub:1942
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Premyeralar paradı" festivalı çərçivəsində "Məchul pilləkən" balet-tamaşasının premyerası olub.
Ölkənin tanınmış balet artistləri, teatr xadimləri, incəsənət ustalarının qatıldığı tamaşa anşlaqla keçib. Narkomaniyaya qarşı bir təbliğat vasitəsi kimi nəzərdə tutulan səhnə əsərinin süjet xətti, bədii tərtibatı tamaşaçılarda maraq doğurub.

Qeyd edək ki, tamaşanın quruluşçu baletmeysteri, həm də baş rolun ifaçısı, gənc balet artisti Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Vüsal Rəhimdir.

Tamaşada əsas qadın rolunu Əməkdar artist Viktoriya Şahmuradova, solo partiyaları isə Məhəmməd Abdullayevlə Roman Krasnov ifa ediblər.

Kütləvi səhnələrdə teatrın balet truppasının digər üzvləri Aynurə Əsgərova, Rəbiyyə Əliyeva, Röya Mehrəlizadə, Elvira Əzizova, Anna Cabbarova, İlona Sementsova, Aygül Həsənova, İranə Kərimova, Kamran Həsənov və Yaqub Bəhramov oynayıblar.

Səhnə əsərində xarici bəstəkarların musiqilərindən, eyni zamanda Əməkdar artist Sevda Ələkbərzadənin ifasından istifadə edilib. Həmçinin Samir Qulamovun ifasında Xalq şairi Ramiz Rövşənin şeirlərindən ibarət kompozisiya səsləndirilib.

Tamaşaçılar yaradıcı heyəti sürəkli alqışlarla qarşılayıb, onlara gül-çiçək dəstələri təqdim ediblər.











AzVision.az


Teqlər:





Xəbər lenti