​​​​​​​Ötən ay 27 nəfərə elmi dərəcə verilmədi

   ​​​​​​​Ötən ay 27 nəfərə elmi dərəcə verilmədi
  13 İyul 2022    Oxunub:775
Ötən ay 27 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
Bu barədə AzVision.az -a Prezident yanında Ali Attestasiya Komissiyasından məlumat verilib. Bundan başqa, iyun ayı üzrə 66 nəfərə fəlsəfə doktoru, 8 nəfərə elmlər doktoru dərəcəsi verilib.

Həmin müddətdə 25 nəfərə dosent, 4 nəfərə professor elmi adı verilib, 2 nəfərə isə elmi ad verilməsindən imtina edilib. Eyni zamanda, 4 nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb, 1 nəfərin isə tanınmasından imtina edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti