AzTU-da yeni kafedra və institut yaradılıb

AzTU-da yeni kafedra və institut yaradılıb
  14 İyul 2022    Oxunub:1556
Azərbaycan Texniki Universitetində (AzTU) yeni kafedra və institut yaradılıb.
AzTU-dan AzVision.az -a verilən məlumata görə, bu barədə qərar Elmi şuranın 2021/2022-ci tədris ili üzrə keçirilən sonuncu iclasında qəbul edilib. İclasda yay imtahan sessiyasının nəticələri və tədris ilində universitetin fəaliyyəti barədə məlumat verilib. Həmçinin növbəti semestr üçün perspektiv inkişafla bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

İclasda dövlətin kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə prioritetləri nəzərə alınaraq AzTU-nun İKT yönümlü kafedralarının strukturunun təkmilləşdirilməsi və yeni Kibertəhlükəsizlik kafedrasının yaradılması qərara alınıb.

AzTU-da xarici dil hazırlığının təşkili və xarici dil biliklərinin müasir standartlara uyğun tədrisinə yardım məqsədilə Xarici Dil Texnologiyaları İnstitutunun yaradılmasına qərar verilib.

AzVision.az



Teqlər: AzTU  





Xəbər lenti