NASA təhlükəli asteroidlərin tədqiqinə 848 min dollar ayırıb

   NASA təhlükəli asteroidlərin tədqiqinə 848 min dollar ayırıb
  15 İyul 2022    Oxunub:1797
ABŞ Milli Aerokosmik Agentliyi Yer üçün təhlükəli olan bütün asteroidlərin tapılması və kataloqlaşdırılması məqsədi daşıyan Mithneos layihəsinin işinin üç il müddətinə uzadılması üçün 848 min dollar ayırıb.
layihənin elmi rəhbəri Kirstina Tomas bildirib ki, layihə əsasında potensial təhlükəli asteroidlərin strukturu və tərkibi təhlil ediləcək: “Bu, xüsusilə Yerə düşmə şansı xüsusilə yüksək olan obyektlərə aiddir. Asteroidlərin təsirlərinin nəticələri düşən cisimlərin tərkibindən və quruluşundan çox asılıdır, buna görə də Yerə yaxın olan bütün kiçik göy cisimlərinin xassələrini və tərkibini bilmək bizim üçün son dərəcə vacibdir”.

Son bir neçə onillikdə dünyanın hər yerindən elm adamları Yerə yaxın asteroidləri aktiv şəkildə izləyir, onların Yer üçün nə qədər təhlükəli olduğunu anlamaq üçün onları kataloqlaşdırırlar. Bu günə qədər astronomlar Yerə vaxtaşırı qısa məsafədə yaxınlaşan 22 minə yaxın asteroid müəyyən ediblər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti