Təhlükə: Mobil telefonlar ölümə aparır

Təhlükə: Mobil telefonlar ölümə aparır
  28 Aprel 2014    Oxunub:1014
Mobil telefonlar uşaqlar üçün təhlükəlidir. Onları müəyyən yaş həddinə qədər telefonlardan uzaq tutmaq lazımdır.
AzVision.az xəbər verir ki, türkiyəli professor Esra Kaytan Sağlam bildirib ki, mobil telefonlar uşaqlarda beyində şiş əmələ gətirə bilir:

“Müəyyən yaş həddinə qədər uşaqların bədən və kəllə sümükləri tam inkişaf etmədiyinə görünə mobil telefonlardan istifadə zamanı onların bədəni müdafiəsiz olur və radiasiyaya məruz qalırlar. Bu da beyninin inkişafına mənfi təsir edir və gələcəkdə beyində şiş əmələ gəlmə faizini artırır. Əlbəttə ki, şiş bir-iki gündə yaranmır. 10-20 ilə qədər müddət ərzində əmələ gəlir. Mobil telefondan istifadə isə bu müddəti qısaldır, şişi yaxınlaşdırır”.

Professor qeyd edir ki, azyaşlı uşaqların telefonu birbaşa qulağına tutub danışması məsləhət deyil. Esra Kaytan validynlərə tövsiyə edir ki, telefonun başqa funskiyalarından istifadə etməklə uşaqları bundan kənar tutmaq lazımdır.

Fatimə Kərimli



Teqlər:





Xəbər lenti