“NATO və AB Qarabağ məsələsində aktiv deyil”

“NATO və AB Qarabağ məsələsində aktiv deyil”
  06 Aprel 2013    Oxunub:1224
“Bütün Avropa qitəsində sülhün olması zəruridir”.
“Biz Avropa iqtisadiyyatına sərmayə yatırırıq və biz Avropanın enerji təminatında Azərbaycanın artan rolunu görürük”.

Bunu “New Europe” nəşrinə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

O vurğulayıb ki, biz Avropaya vahid ailə kimi baxırıq və Azərbaycan Avropadan aldığından daha bu qitəyə öz töhfəsini vermək istəyir”.

Əli Həsənov son 10 il ərzində Azərbaycanda ümumi daxili məhsulun həcminin 5 dəfə, sərmayələrin həcminin isə 10 dəfə artdığını vurğulayıb:
“Azərbaycan ən stabil inkişaf edən ölkələrdən biridir. Üç il davam edən böhrana baxmayaraq, Azərbaycan iqtisadi inkişafı davam etdirməyə və öz iqtisadiyyatını daha cəlbedici etdirməyə nail olub. Azərbaycan enerji və qeyri-enerji sektorunun, xüsusilə İKT-nin inkişafında xüsusi rol oynayır. Bu il Azərbaycan ilk süni peykini fəzaya çıxarıb”.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdirinin sözlərinə görə, Azərbaycan son bir neçə ay ərzində Avropa institutlarının diqqətini Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə çalışıb:

“Üç daha nüfuzlu Avropa institutu var – Avropa Birliyi, NATO və ATƏT. Əlbəttə, Avropa Şurasını da yaddan çıxarmaq olmaz, buna görə də biz Avropa Şurası ilə aktiv əməkdaşlıq edirik. Lakin regional təhlükəsizlik nöqteyi-nəzərindən ən nüfuzlu Avropa İnstitutlarından biri NATO-dur. Avropa qitəsi ilə iqtisadi münasibətlərə gəldikdə isə, biz AB ilə münasibətlərin inkişafına tərəfdarıq.

Əli Həsənov təəssüflənib ki, bu iki təşkilat Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv iştirak etmir:
“Onlar ərazi bütövlüyümüzü tanıyan bəyanatlar verir və tərəfləri münaqişəni sülh yolu ilə həll etməyə çağırırlar. Lakin biz hesab edirik ki, regional təhlükəsizliyin təminatında bu iki institutun potensialı daha böyükdür və onlar bu potensialdan istifadə etməlidir”-deyə o bildirib..

Əli Həsənov AB və NATO-nu dondurulmuş münaqişələrin həlli istiqamətində daha mühüm addımlar atmağa çağırıb: “Düşünürəm ki, onlar Ermənistanı bu regionda sülhün bərqərar olması ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağıra bilərlər. Bu, əlbəttə ki, regionda sülhün bərqərar olmasına və AB ölkələrinə enerji resurslarının daha təhlükəsiz şəkildə nəqlinə təsir göstərmiş olacaq. Çünki təkcə Cənubi Qafqazda deyil, bütün Avropa qitəsində sülhün olması zəruridir”-deyə o əlavə edib./apa/


Teqlər:  





Xəbər lenti