“Elm və Təhsil Nazirliyi elmi qurum deyil" - Emin Əmrullayev

   “Elm və Təhsil Nazirliyi elmi qurum deyil" -    Emin Əmrullayev
  29 İyul 2022    Oxunub:1198
“Elm və Təhsil Nazirliyi elmi qurum deyil".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV” telekanalının “Hədəf” verilişinə müsahibəsində deyib.

"Bu, qətiyyən doğru deyil. Nazirliklər elmi fəaliyyətlə məşğul deyil, söhbət elm sahəsinin idarə edilməsindən gedir”, - nazir bildirib.

E.Əmrullayev qeyd edib ki, elm və təhsilin qarşılıqlı əməkdaşlığı uzun müddətdir ki, Azərbaycan cəmiyyətində müzakirə olunurdu.

O əlavə edib ki, Prezidentin fərmanına əsasən, yeni yaradılan qurum elm sahəsində tənzimləmə funksiyasını və elmi fəaliyyətin koordinasiyası, inzibati idarəedilməsi, elm sahəsinin maliyyələşməsini həyata keçirir.

Nazir əlavə edib ki, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş qurumların fəaliyyəti də elmlə bağlıdır:

"Məmurlar elmin qarşısında duran suallara cavab verən şəxslər deyil”.

E.Əmrullayev vurğulayıb ki, bu və ya digər sahələrin də uğurlu olması üçün dövlət siyasətinin müəyyənləşməsi, icrası, icraya nəzarət funksiyası və s. məsələlər Elm və Təhsil Nazirliyinin funksiyalarına əlavə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti