Universitetlərə və kolleclərə ixtisas seçiminin vaxtı açıqlandı

   Universitetlərə və kolleclərə ixtisas seçiminin vaxtı açıqlandı
  01 Avqust 2022    Oxunub:966
Ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçiminin vaxtı açıqlanıb.
Dövlət İmtahan Mərkızindən AzVision.az -a bildirilib ki, ali təhsil müəssisələrinə qəbul üzrə ixtisas seçimi 16-28 avqust, 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə isə 8-17 avqust tarixlərində aparılacaq. İxtisas seçimi ilə əlaqədar “Abituriyent” jurnalının müvafiq nömrələri ixtisas seçiminin başlanılmasından bir neçə gün öncə nəşr olunacaq.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Abituriyent Məsləhət mərkəzləri” haqqında ətraflı məlumatla buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, I və IV ixtisas qrupları üzrə iyulun 21-də keçirilən imtahan nəticələri bu həftə ərzində elan olunacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti