Kanada şirkəti konfet dequstatoru axtarır: Maaş 78 min dollar
04 Avqust 2022
Oxunub:617
Kanadada onlayn şirniyyat mağazası “Candy Funhouse” konfet dadacaq birini axtarır. Məvacib isə ayda 100 000 Kanada dollarıdır (78 000 dollar).
Bu barədə “Agence France-Presse” məlumat yayıb. Rəsmi olaraq, “Linkedin” onlayn platformasında yerləşdirilən vakansiya “Baş Şirniyyat Mütəxəssisi” kimi göstərilir. Onun vəzifələrinə əsas dequstatorun funksiyalarından əlavə, yeni məhsulların təsdiqi, həmkarları ilə görüşlərin təşkili və bütün əyləncələr daxildir.