Mina təhlükəsi: Bir az Şerlok olmalıyıq...

      Mina təhlükəsi:    Bir az Şerlok olmalıyıq...
  04 Avqust 2022    Oxunub:2227
Şerlok Holmsun metodunun əsas qayəsi bu idi: Ətrafda olan hər şey danışır, sadəcə, biz onları dinləməyi bacarmırıq. Əgər bacarsaq, ətrafdakı əşyalar bizə son dərəcə vacib informasiyalar verə bilərlər.
Bunu hamımız edə bilərikmi? Əlbəttə, amma etmirik, çünki adi, gündəlik həyatda buna ehtiyac yoxdur: təhlükəsizliyimiz yüksək səviyyədədir, daim hər şeyə diqqətlə yanaşmaq isə böyük enerji aparmaqla, beynimizi yora bilər. Amma azad olunmuş torpaqlara gedənlər üçün hər şey dəyişir.
Gələcəyimizi qoruyaraq qurmalıyıq!

Orada hələ ki təhlükəsizlik adətən olduğumuz ənənəvi yerlərdəki qədər yüksək səviyyədə deyil. Müəyyən yerlərdə bizi minalar, partlamamış hərbi sursatlar gözləyə bilər. Bundan vaxtında xəbər tutmaq üçün ətrafımızla “danışmalıyıq”, təbiətin, əşyaların bizə verdiyi informasiyaları dinləməliyik.

Hər şey bizdə əsl detektiv kimi suallar doğurmalıdır: “O niyə belədir?”, “Bu nədən xəbər verə bilər?”, “Belə olması normaldırmı?”... Hər şeydən sağlam şəkildə şübhələnməyi bacarmalıyıq. Bir sözlə, bir az Şerlok olmalıyıq. Hərçənd, Şerlok artıq baş vermiş hadisələrin səbəblərini araşdırırdı, biz isə hadisənin baş verməməsi üçün çalışmalıyıq. Bu, daha böyük missiyadır.




Teqlər:   Mina  





Xəbər lenti