İran diplomatları hücuma məruz qaldı

İran diplomatları hücuma məruz qaldı
  06 Aprel 2013    Oxunub:1353
100-ə yaxın şəxs diplomatik korpusun binasına daş parçaları ataraq əməkdaşların ölkədən çıxarılmasını tələb edib
Misirlə İran arasındakı münasibətlərin yenidən bərpa olunmağa başladığı bir vaxtda Qahirədə İran diplomatlarının iqamətgahına hücum edilib. 100-ə yaxın şəxs diplomatik korpusun binasına daş parçaları ataraq əməkdaşların ölkədən çıxarılmasını tələb edib.

Bununla onlar İranla Misir arasında əlaqələrin normallaşdırılmasına dair hökumətin qərarına etirazlarını bildirib. Onlar Mahmud Əhmədinejatın Bəşər Əsədə dəstəyinə etiraz əlaməti kimi binanın üzərindəki İran bayrağını endirərək yerinə Suriya bayrağı asıblar.


Teqlər:  





Xəbər lenti