Obama kompliment dediyinə peşman oldu

Obama kompliment dediyinə peşman oldu
  06 Aprel 2013    Oxunub:1191
Amerika prezidenti Barak Obama Kaliforniya ştatının baş prokuroru Kamala Harrisdən üzr istəməli olub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Obama San-Fransisko yaxınlığında partiyasının seçki fonduna vəsait toplanması mərasimində prokuror Kamala Harrisi “baş prokurorların ən cazibədarı” adlandıraraq onu kürsüyə çağırıb.

“O, çox ağıllı, cazibədar, sərt və hər kəsin arzulayacağı bir qadındır. Mənim ən yaxşı və heç zaman dəstəyini əsirgəməyən dostumdur”,-deyə prezident əlavə edib.

Obamanın bu komplimenti birmənalı qarşılamayıb. Bəziləri onun sözlərini yersiz hesab edib,bəzi jurnalistlər isə Mişel Obamanın həyat yoldaşının kompliment bolluğuna necə reaksiya verməsiylə maraqlanıblar.

Bundan sonra Ağ ev özünə bəraət qazandırmalı olub. Prezident iqamətgahına qayıtdıqdan sonra Kamala Harrisə zəng edib və ondan üzr istəyib.



Teqlər:





Xəbər lenti