Kerri İstanbula gecikdi

Kerri İstanbula gecikdi
  07 Aprel 2013    Oxunub:1390
ABŞ-ın yeni dövlət katibi Con Kerrinin Türkiyəyə rəsmi səfəri başlayıb.
Məlumata görə, təyyarəsində baş verən texniki nasazlıqla əlaqədar olara ABŞ dövlət katibi İstanbula bir qədər gec saatlarda, Bakı vaxtı ilə 05:10 radələrində çatıb.

Kerrinin səfəri ilə əlaqədar İstanbulda görülən geniş təhlükəsizlik tədbirləri çərçivəsində hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışır. Onun qalacağı məkana gedən və eləcə də gedəcəyi bütün yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Səfər zamanı ABŞ dövlət katibi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşü gözlənilir.


Teqlər:





Xəbər lenti