Ərdoğan Kerri ilə gizlincə görüşdü

Ərdoğan Kerri ilə gizlincə görüşdü
  07 Aprel 2013    Oxunub:1466
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Con Kerri ilə görüşüb.
Bir saatdan çox davam edən görüşə media mənsublarının buraxılmadığı, görüşün qapalı şəraitdə keçirildiyi bildirilib.

Məlumat üçün bildirək ki, bu gün ABŞ-ın yeni dövlət katibi Con Kerrinin Türkiyəyə rəsmi səfəri başlayıb.
Kerrinin səfəri ilə əlaqədar İstanbulda görülən geniş təhlükəsizlik tədbirləri çərçivəsində hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışıb.
Onun qalacağı məkana gedən və eləcə də gedəcəyi bütün yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti