BMT rəsmisi Bakıya gəlir

BMT rəsmisi Bakıya gəlir
  08 Aprel 2013    Oxunub:1366
BMT Baş Katibinin xüsusi müşaviri "Cənubi Qafqaz Forumu"nda iştirak edəcək
Bu haqda AzVision.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat veriblər. Bildiriblər ki, BMT-ı Baş Katibinin xüsusi müşaviri, o cümlədən HİV-AİDS üzrə xüsusi səlahiyyətli elçisi və BMT-nın Əhali Fondunun sabiq rəhbəri Dr. Nafis Sadik Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi "Cənubi Qafqaz Forumu"nda iştirak etmək üçün Azərbaycana səfərə gəlir.

Dr. Nafis Sadik BMT-ında ən yüksək vəzifə tutan ilk qadındır. Sosial İnkişaf cəmiyyətinin Prezidenti, İnsan Alverinə Son Beynəlxalq Layihəsinin direktorlar şurasının üzvüdür.

CNN yaradıcısı Ted Turner - Dr. Nafis Sadiki dünyanı dəyişmək gücündə ola 20-ci əsrin ən nüfuzlu qadınlarından biridir.

Qeyd etmək istərdik ki, Dr. Nafis Sadik o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə heyyətinin üzvüdür.

Cənubi Qafqaz Forumu dünyanın 300-dən çox xarici ekspertlərin, ziyalıların, sabiq ölkə və hökumət rəhbərlərinin iştirakı ilə keçiriləcəkdir. Forumun tərəfdaşları İsgəndəriyyə Kitabxanası, YUNESKO-nun sabiq direktoru Federiko Mayor Zaragozanın rəhbərlik etdiyi Fundacion de Pas, İnsan alverinə Son layihəsi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşdırılır. Forumun təşkilat Komitəsinə İsgəndəriyyə Kitabxanasının direktoru Cənab İsmayıl Seragəldin və Latviya Respublikasının sabiq Prezidenti Dr. Vaira Vike-Freiberga həmsədirlik edirlər.

Forum Beynəlxalq Chatham Evinin qanunları ilə nizamlanılır.



Teqlər:  





Xəbər lenti