İsraili xəritədən sildilər - VİDEO

İsraili xəritədən sildilər - VİDEO
  08 Aprel 2013    Oxunub:1551
“Anonymous” haker qrupunun bir neçə üzvü İsrail nazirlikləri, böyük bankları, fond və komitələrinə məxsus saytlara kütləvi kiberhücumlar həyata keçirib.
Hakerlərin yaydığı bəyənatda “İsrail əməliyyatı” adlanan kiber hücumun İsrailin ötən ilin noyabrında Qəzza sektorunda törətdiyi və minlərlə günahsız insanın həlak olduğu azğınlıqlara cavab xarakteri daşıdığını deyib.

“Siz insan hüquqlarını pozmağa davam etdiniz. Qanunsuz yerləşdirmə siyasətinə son vermədiniz. Siz atəşkəs sözünü tutmadınız. Siz hamıya beynəlxalq hüquq normalarını tapdaladığınızı hamıya nümayiş etdirdiniz. Buna görə də aprelin 7-də dünya hakerləri Fələstin xalqı ilə həmrəylik nümayiş etdirərək İsraili kiber məkandan silmişik”,- “Anonymous”un Youtube-da yerləşdirilən video müraciətində deyilir.

İsrail KİV isə heç bir saytın kiberhücum nəticəsində işini dayandırmadığını və bütün hücumların qarşısının alındığını bildirib.




Teqlər:  





Xəbər lenti