Bəzi müəllimlərin adını yaza bilmədiyi meyvənin 7 FAYDASI

   Bəzi müəllimlərin adını yaza bilmədiyi meyvənin    7 FAYDASI
  07 Sentyabr 2022    Oxunub:1288
Qəribə səslənsə də, bəzi müəllimlər yay mövsümündə hər kəsin ləzzətlə daddığı meyvənin adını düzgün yaza bilmirlər. Söhbət insan orqanizmi üçün inanılmaz faydaları olan şaftalıdan gedir.
Elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən təhsil tədbirində deyib ki, sertifikasiya imtahanına cəlb olunan bəzi müəllimlər şaftalını "şafdalı" kimi yazıblar. Nazirin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.



Müəllimlərin primitiv səhvə yol verərək, meyvə adını düzgün yaza bilməməsi haqda müxtəlif tənqidi fikirlər səsləndirilir. Bildirilir ki, belə səhvlər bəzi müəllimlərin savadsızlığından və məktəblərdəki təhsilin səviyyəsinin aşağı olmasından irəli gəlir.



Bəs, günün müzakirə predmetinə çevrilən şaftalının faydaları nədən ibarətdir?



Şaftalı vitamin, minerallar, orqanik turşular, efir yağları, qidalı liflər və digər faydalı maddələrlə zəngindir. Zəngin kimyəvi tərkib bu dadlı meyvəni insan sağlamlığı üçün olduqca faydalı edir.



1. Kaliumla zəngin olan şaftalı ürək üçün çox faydalıdır - ürəyin fəaliyyətini yaxşılaşdırır, bədəndən artıq mayeni çıxardaraq ürəyə düşən gərginliyi azaldır, "pis" xolesterolun səviyyəsini aşağı salır, damarlarda trombların əmələ gəlmə riskini azaldır.



2. Şaftalı sinir sistemi üçün də çox faydalıdır - sakitləşdirir, stresi azaldır, əhval-ruhiyyəni və beyinin fəaliyyətini yaxşılaşdırır.



3. Həzm olunmayan qidalı liflərlə zəngin olan şaftalı bağırsaqların fəaliyyətini stimullaşdırır, yüngül işlədici təsir edir.



4. Şaftalı dəri üçün ən faydalı müyvələrdən biridir.



5. Sinklə zəngin olan şaftalı kişi sağlamlığı üçün də çox faydalı sayılır.



6. Şaftalının tərkibində olan karotin (orqanizmdə A vitamininə çevrilir) görməni yaxşılaşdırır, qocalmanı ləngidir.



7. Şaftalı oynaq və sümüklərin sağlamlığını qoruyur, artrit, podaqra, osteoxondroz, revmatizm zamanı faydalıdır.(modern.az)


Teqlər:





Xəbər lenti