ABŞ-da yeni kəşf: yaddaşı qaytarmaq olacaq

ABŞ-da yeni kəşf: yaddaşı qaytarmaq olacaq
  02 May 2014    Oxunub:1386
ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (DARPA) itirilən yaddaşı bərpa etməklə bağlı araşdırmalar aparıb.

AzVision.az xəbər verir ki, DARPA 4 il ərzində itirilmiş yaddaşdakı məlumatları bərpa edəcək protez hazırlayacaq.

Bu ixtira ABŞ prezidenti Barak Obamanın beyni daha yaxşı başa düşmək üçün hazırlanacaq layihələrə ayırdığı 100 milyon dollarlıq büdcədən maliyyələşir. DARPA-nın hazırladığı proqramın məqsədi İraq və Əfqanıstanda yaddaşını itirən, ailəsini belə tanıya bilməyən əsgərləri müalicə etməkdir. Bununla yanaşı gələcəkdə bundan Alzeymer xəstəliyindən əziyyət çəkənlər üçün də istifadə oluna biləcək.
Agentlik meymunlar üzərində aparılan sınaqların uğurlu olduğunu vurğulayıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti