“Vilyam Hacıyev haqqında yayılan məlumatlar böhtandır”

“Vilyam Hacıyev haqqında yayılan məlumatlar böhtandır”
  08 Aprel 2013    Oxunub:3838
“Omis” MTK-nın rəhbəri Osman İsayev İmişli rayon İcra Hakimiyyətinin Başçısı Vilyam Hacıyev haqqında bəzi saytlarda yayılmış məlumatların tam böhtan və qərəzli olduğunu bildirib.
“Omis” MTK-nın rəhbəri Osman İsayev mətbuata ünvanladığı müraciətdə bildirilir ki, qeyd olunan yanlış məlumatlar rayonda aparılan abadlıq və quruculuq işlərinə kölgə salmaq məqsədilə dərc edilib: “Bizim İmişli rayonunda gördüyümüz işlərin haqqının ödənilməsi ilə bağlı heç bir narazılığımız olmayıb, görülmüş işlərin həcmi tam şəffaf şəkildə ödənilib.

Cənab İsayev “Omis” MTK-nın rəhbərliyi adından Rayon İcra Hakimiyyəti Başçısı haqqında saytda yerləşdirilmiş böhtan və qərəzli məlumatlara görə məsuliyyət daşıyan şəxslərin ciddi cəzalandırılması haqqında hüquq-mühafizə orqanları qarşısında iddia qaldırılacaqlarını da vurğulayıb.


Teqlər:





Xəbər lenti