Sürücülərə "plyonka" xəbərdarlığı

Sürücülərə "plyonka" xəbərdarlığı
  08 Aprel 2013    Oxunub:1635
"Avtomobilin yan şüşələri, yəni sağ, sol, qabaq və arxa qapı şüşələri, eyni zamanda küləyə qarşı olan qabaq alın şüşənin plyonka və digər vasitələrlə tündləşdirilməsinə icazə verilmir"
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, bu barədə Bakı Şəhər Yol Polis İdarəsi sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edib.

Müraciətdə bildirilib ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin təyin etdiyi normaya, eləcə də "Yol hərəkəti haqqında" Qanuna edilən 1 saylı Əlavənin tələbinə əsasən idarə olunan nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismarı yolverilməzdir.

Müraciətə görə, yalnız avtomobilin küləyə qarşı olmayan, əhali arasında arxa "alın şüşəsi" kimi tanınan şüşəyə tündləşdirilməsi məhdudiyyət qoyulmayan plyonka və yaxud jalüzlərin quraşdırılmasına icazə verilir.
Həmçinin bildirlir ki, avtomobillərdə güzgülü, "buqələmun (xameleon) şüşə" kimi tanınan şüşələrin istismarı da qadağandır.

AzVision.az



Teqlər:  





Xəbər lenti