Davosdan kənarda Davos forumları – ARAYIŞ

Davosdan kənarda Davos forumları – ARAYIŞ
  08 Aprel 2013    Oxunub:1239
Dünyanın Ən böyük iqtisadi forumlarından biri olan Davos forumunun ilk iclası 1971-ci ildə keçirilib. Həmin forumda Avropadan və dünyadan 1000-dən çox iri iş adamı iştirak etmişdi. Bu forumun Təsiisçisi isə isveçrəli professor Klaus Şvab olub.

Sonrakı illərdə bu forum dünya və Avropa iqtisadiyyatının formalaşmasında önəmli rol oynamağa başlayıb. İlk dövrlərdə tədbirdə əsəsən iri transmilli korporasiya rəhbərləri iştrak edirdilərsə, bir müddətdən sonra foruma artıq dünya liderləri də qatılıblar.

Son zamanlar isə bu forum Davos sərhədlərini aşaraq, dünyanın müxtəlif şəhərlərində keçirilməyə başlayıb. 2005-ci ildə İordaniyada kerçirilən forumun əsas mövzusu Ərəb dünyası ilə iqtisadi əlaqələrin prespektivi olmuşdu. Həmin forum qatılma sayına görə ən çox iştrakçı toplamış forumlardan hesab olunur. Bu foruma ənənəvi iştrakçılarla yanaşı, neft maqnatları da qatılmışdılar.

Varşava və Sankt–Peterburqda baş tutan forumların mövzusu isə daha çox keçmiş Sovet respublikalarının iqtisadiyyatının Avropaya inteqrasiyası və ətraf mühit problemlərilə bağlı olub.

Possovet ölkələrində bu mötəbər forum yalnız Rusiyada keçirlib. Bi il isə Bakıda keçirilməkdədir. Bu barədə razılıq yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşündə əldə edilmişdi. Həm yerli, həm də bir çox əcnəbi mütəxəsislərin fikrincə, bu forumun Azərbaycanda keçirilməsi ölkəmizin növbəti uğurudur.

Dünya İqtisadi Forumunda bu dəfə əsasən enerji təhlükəsizliyi, tibbi ehtiyatların qorunub saxlanılması, biznes mühiti, uzunmüddətli investisiyalar və insan kapitalı mövzularına toxunulacaq.

Bu forumun Azərbaycanda keçirilməsi beynəlxalq müstəvidə ölkənin imicinə verilən dəyərdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyi sahəsində böyük rol oynayır. Bundan başqa, forum çərçivəsində ən aktual mövzulardan biri də uzunmüddətli investisiyalar, biznes mühiti və insan kapitalı olacaq. Cənubi Qafqazda hazırda ən yaxşı investisiya mühiti Azərbaycandadır. 2012-ci il Davosdakı Dünya İqtisadi Forumunda dövlət başçısının da qeyd etdiyi kimi, təkcə ötən il ölkəyə 20 milyard dollar sərmayə yatırılıb ki, bunun da 7 milyard dolları xarici sərmayədir.

Xəyal Əzizov


Teqlər:  





Xəbər lenti