Aleksandr Rıbak Bakıda konsert verəcək

Aleksandr Rıbak Bakıda konsert verəcək
  05 May 2014    Oxunub:1791
Norveçli müğənni və skripkaçı, Eurovision Mahnı Müsabiqəsi 2009-un qalibi Aleksandr Rıbak (Alexander Rybak) mayın 15-də Heydər Əliyev Mərkəzində yeni layihəsini təqdim edəcək.
Heydər Əliyev Mərkəzindən AzVision.az-a verilən məlumata görə, Aleksandr Rıbak həmin gün Bakı izləyiciləri qarşısına Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə birgə konsert proqramı ilə çıxacaq.

Qeyd edək ki, Aleksandr Rıbak layihə ilə əlaqədar Bakıya konsert tarixindən 3 gün əvvəl gələcək, səhnəni bölüşəcəyi gənclərlə seminar və məşqlər keçirəcək. Aleksandr Rıbak Respublika İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət orkestr ilə çıxış edəcək. Konsert 3 hissədən ibarət olacaq. Birinci hissədə səhnəni Respublika İncəsənət Gimnaziyasının şagirdləri, ikinci hissədə şagirdlər və Rıbak bölüşəcək. Üçüncü hissədə isə Rıbak solo konsert ilə çıxış edəcək. Tamaşaçılara Aleksandr Rıbakın repertuarından hitlər və digər mahnılar təqdim olunacaq.

Xatırladaq ki, Aleksandr Rıbak 2009-cu ildə “Farytale” mahnısı ilə Eurovision Mahnı Müsabiqəsində birincilik əldə etdikdən sonra dünya turu çərçivəsində bir sıra konsertlər verib. Müğənni-skripkaçı, həmçinin müxtəlif ölkələrdə istedadlı gənclərlə birgə çıxış edib.


Teqlər:





Xəbər lenti