“Adam olsaydınız, Rəhim çox yaşayardı” - Röya

“Adam olsaydınız, Rəhim çox yaşayardı” -  Röya
  02 Oktyabr 2022    Oxunub:1102
Xalq artisti Röya Ayxan nərhumı Rəhim Rəhimlinin məzarını ziyarət edib.
AzVision.az xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat paylaşıb.

Röya müğənninin dəfn edildiyi Bülbülə qəbiristanlığına gedərək, onun məzarı üstə əklil qoyub.

"Səninlə təklikdə vidalaşmaq istədim…Kimsəyə ziyanın dəymədi, özündən başqa... Çox heyif", - ifaçı instaqram hesabında qeyd edib.

“Ən çox onu qoruya bilməyən, bir addım yaxınında olanlara sözümü desəm, yerinə düşər: Adam olsaydınız, çox yaşayardı. Bu, sizi də gözləyir, bilin” – o əllavə edib.

Xatırladaq ki, Rəhim Rəhimli 30 sentyabr gecə saatlarında ürək tutmasından vəfat edib.
AzVision.az


Teqlər:





Xəbər lenti