İlham Əliyev albanları qəbul edib

İlham Əliyev albanları qəbul edib
  08 Aprel 2013    Oxunub:1315
İlham Əliyev Albaniyanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Albaniya Respublikasının Baş naziri Sali Berişanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Dünya İqtisadi Forumunun Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb, tədbirin iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd olunub.

Görüşdə, həmçinin Azərbaycan ilə Albaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə inkişafının perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti