Maşın bazarında ucuzlaşma davam edir

Maşın bazarında ucuzlaşma davam edir
  08 Aprel 2013    Oxunub:7037
Azvision.az- maşın bazarından növbəti reportajı təqdim edir
Xatırladaq ki, ötən bazar apardığımız müşahidələr nəticəsində Rusiya istehsalı olan avtomobillərin qiymətində ucuzlaşma müşahidə olunurdusa, Avropa istehsal olunan maşınların qiymətində sabitlik və bahalaşma nəzərə çarpmaqda idi.

Son müşahidələrmiz nəticəsində isə artıq Avropa istehsalı olan avtomobillərin qiymətinində də ucuzlaşmanı görmək mümkündür. Söhbətləşdiyimiz avtomobil sahibləri son zamanlar müştəri qıtlığının olduğunu və hər həftə bazara maşın gətirib yerhaqqı ödəməyin onlara sərf etmədiyini bildirdilər ( xatırladaq ki, bazara maşını satış məqsədi ilə gətirmək 10 AZN- dir) Avtomobil sahiblərinin bildirdiyinə görə bazarda süni bahalaşmanı yaradan alverçilərdir.

Alverçilər maşınların real qiymətinə 1000- 1500 AZN əlavə edərək alıcılara təklif edirlər. Bundan əlavə alverçilər maşın bazarının girəcəyində dayanaraq bazara daxil olan avtomobilləri saxlayıb onlarla bazarlığa başlayırlar. Söhbət etdiyimiz bəzi sahibkarların avtomobillərinin qiyməti ilə sizi tanış edirik.

1998-2000 ci il Almaniyada istehsal olunan Mühərrikinin həcmi 1800, 2000, 2300 2400 kub santimetr olan, xalq arasında daha çox “Çeşka” kimi tanı avtomobilləri 8500-10000 ABŞ dollarına almaq olar. 2000-2005 istehsalı olan Volsvagen avtomobillərinin qiyməti 6500 -11000 ABŞ dolları civarındadır.

Bazarda avtomobil satışı ilə yanaşı, maşın ehtiyat hissələri, hətda Almaniyadan gətirilmiş gigiyenik və yeyinti məhsullarının satışına da rast gəlmək olar.


Hazırladı: Xəyal Əzizov
Foto : Elnur Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti