"22 ildir hər gecə ölümlə çarpışdım" - Xalq artisti
xəbər verir ki, sənətkar müraciətini instaqram vasitəsi ilə çatdırıb.
Xasıyeva əlavə edib ki, Almaniyadan sağ-salamat qayıtsa, iki gün Heydər Əliyev Sarayında və daha sonra bölgələrimizdə pulsuz, açıq konsertlər verəcək:
“22 ildir hər gecə ölümlə çarpışdım, səhər yenə qalxmağa, dik durmağa çalışdım. Tək bir səbəbim vardı. Narahat və yeganə övladım Kazımın toyunu görmək! Amma boğazımda yaranan bədxassəli şiş bütün ümidlərimi qırdı. Elə bilirəm, dünya uçub, altında qalmışam. Amma bir ümid var ki, hələ metastaz (yayılmayıb) verməyib. Vaxtında əməliyyat olunsam, yaşama şansım var”.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: