Dubaydan dəvət gözləyirik

Dubaydan dəvət gözləyirik
  09 Aprel 2013    Oxunub:1409
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin rəisi general Məhəmməd Əhməd Əl-Mərri ilə görüş keçirib
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumaya görə, görüş zamanı Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri, xüsusilə Dubay Əmirliyi arasında miqrasiya sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Pərviz İsmayılzadə həmsöhbətinə son illər respublikamızda miqrasiya sahəsində aparılan islahatlar, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər, AR Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.

Məhəmməd Əl-Mərri öz növbəsində AR Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyətinin tanışlıq və müzakirələr aparılması məqsədilə Dubaya səfər etməsinin vacibliyini vurğulayayıb və bunun üçün Azərbaycan tərəfinə müvafiq dəvət məktubu ünvanlanacağını bildirib.


Teqlər:





Xəbər lenti