Ər və arvad sağikən qəbir qazdırdılar: Hər gün məzarda yatırlar

      Ər və arvad sağikən qəbir qazdırdılar:    Hər gün məzarda yatırlar
  01 Noyabr 2022    Oxunub:2079
Türkiyənin Taşkörpü bölgəsində qeyri-adi hadisə yaşanıb. Belə ki, bölgə sakinləri 49 yaşlı Firdevs və onun həyat yoldaşı 56 yaşlı Erol Ünal sağikən özlərinə məzar qazdırıblar.
Erol Ünal 35 il başını bir yastığa qoyduğu və çox sevdiyi həyat yoldaşı Firdevs Ünalla yan-yana ola bilmək üçün məzarlarını kənddəki bağçasında hazırlatdırıb. Məzar daşında "Yaxşı gündə də, pis gündə də bir yerdə olduq" sözlərini yazdıran ər hər gün orada yatır. O, sağlığında məzar qazdırmasını övladının olmaması və öləndən sonra kiməsə yük olmaq istəməməsi ilə izah edib.

"Həyat yoldaşım əvvəlcə könülsüz idi. Ancaq sonradan razılaşdı. Baxçamı çox sevdiyim üçün elə məzarlığı da burada hazırlatdım.

Taxtalar çürüyə bilər, ona görə də daşları mərmərdən düzəltdim ki, möhkəm olsun. Yorulanda qəbrimdə uzanıram və dincəlirəm”.





Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti