Ərdoğan İradə Tuncaya nə HƏDİYYƏ etdi? - FOTO

Ərdoğan İradə Tuncaya nə  HƏDİYYƏ etdi? - FOTO
  09 May 2014    Oxunub:1207
"Ərdoğanla görüşəcəyimizdən xəbərim yox idi, təsadüfən alındı”.
Bu fikirləri tanınmış xanım yazar, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüş təəssüratları AzVision.az-la bölüşərkən deyib.

İ.Tuncayın sözlərinə görə, Ərdoğanın onlarla görüşəcəyindən xəbərsiz olublar.

“Eskişehirdən avtobusla 5 saat yol gəlmişdik. Səhər saat 6-da yola çıxmışdıq. Baş nazirin yazarlarla görüşəcəyini bildik və oradan birbaşa görüşə İstanbula gəldik”.

Baş redaktor nazirlə görüş zamanı özünü sərbəst hiss etdiyini qeyd edib.

“Deyim ki,onun Azərbaycandan gələn yazarlara münasibəti baxışlarından bilinirdi. Anarın, Aqil Abbasın çıxışlarına diqqətlə qulaq asırdı, reaksiya verirdi, zarafat edirdi. Münasibət fərqli idi. Yəqin dil baryeri olmadığı da əsas səbəblərdəndir. Mən çıxış eləmədim. Və məni də ayrıca təqdim eləməmişdilər. Amma mənim də Azərbaycandan olduğumu həmən bildi. Sonra bizə hədiyyələr verəndə özü birinci dedi ki, mənə Azərbaycandan xoş gəlmisiniz. Yəni, özü şərait yaratdı mənim danışmağıma”.

Xanım yazıçı həmçinin görüş zamanı Ərdoğana müraciət də etdiyini diqqətə çatdırıb.

“Onun natiq kimi seçilməyinin səbəbi ədəbiyyatı və şeiri gözəl bilməyi idi. O, ədəbiyyatı dəyərləndirir. Və mən ona bunu söylədim”.

İ.Tuncay qeyd edib ki, Ərdoğan Azərbaycandan gedən qonaqları hədiyyəsiz buraxmayıb.

“Gözəl ipək şarfdı. Üstündə də Ərdoğanın adının baş hərfləri -R.T.E yazılıb. Qadınlara şarf, kişilərə qalstuk verdilər”.



Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti