Kimsəsiz uşaqların bir günlük sevinci

Kimsəsiz uşaqların bir günlük sevinci
  09 Aprel 2013    Oxunub:1815
Kimsəsiz uşaqlar evində xeyriyyə aksiyası keçirilib.
Azərbaycanın Misirdəki səfirliyi kimsəsiz uşaqlar günü ilə əlaqədar Qahirə şəhərinin Mokattam rayonunda yerləşən kimsəsiz uşaqlar evində xeyriyyə aksiyası keçirib.

Azərbaycan Respublikasının Misirdəki səfirliyindən AzVision.az-a verilən məlumata əsasən, cari ilin 5 aprel tarixində bu ölkədə keçirilən kimsəsiz uşaqlar günü ilə əlaqədar Azərbaycan səfirliyi Qahirə şəhərinin Mokattam rayonunda yerləşən kimsəsiz uşaqlar evində xeyriyyə aksiyası keçirib.

Tədbiri giriş sözü ilə açan səfir Şahin Abdullayev ehtiyacı olanlara əl tutmaq və onların problemlərinə şərik çıxmağın Azərbaycan xalqının təfəkküründə xüsusi yer tutduğunu bildirib və Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün gördüyü işlər barədə geniş məlumat verib.

Səfir, həmçinin, onu da əlavə edib ki, bu kimi humanitar fəaliyyətlər Azərbaycanın xarici siyasətinin ayrılmaz tərkib hissəsidir.

Xeyriyyə aksiyası çərçivəsində kimsəsiz uşaqlara geyimlər, dəftərxana ləvazimatları, oyuncaqlar hədiyyə edilib və nahar süfrəsi, əyləncəli musiqi proqramı təşkil edilib.

Tədbirdə Misirdə yaşayan Azərbaycan icmasının nümayəndələri də yaxından iştirak ediblər.


Teqlər:  





Xəbər lenti