Türkiyəylə Krım arasında `soyqırım` qarşıdurması

Türkiyəylə Krım arasında `soyqırım` qarşıdurması
  09 Aprel 2013    Oxunub:1271
Türkiyə Parlamentin spikeri Krımı Erməni “genosidi”nin tanınması barədə qətnaməni ləğv etməyə çağırıb.
Türkiyə parlamentinin spikeri Cəmil Çiçək Ukaynaya rəsmi səfəri çərçivəsində Krım muxtar vilayətinin, eləcə də krım-tatar xalq məclisinin rəhbərləri ilə görüşüb. Görüş zamanı, spiker, Stalin deportasiyasının qurbanı olan krım tatarlarının hüquqlarının tam bərpasının vacibliyini vurğulayıb. Krım Parlamentinin 2005-ci ildə Erməni “genosidi”nin tanınması barədə qəbul etdiyi qətnaməni ləğv etməyə çağırıb.

Qeyd edək ki, Çiçəyin bu çağırışı sözügedən qətnamənin təşəbbüskarı Serqey Şuvaynikov ürəyincə olmayıb. O, Türkiyə hökumətinin “genosid”in ləvği ilə bağlı tələblərini əsassız adlandırıb.

“Bilmirəm, bu Türkiyə parlamentinin rəhbərinin siyasi bir reklamıdır, yoxsa Türkiyə yüzillik tarixi olan bir situasiyanı başa düşmək istəmir”- Şuvaynikov deyib.

Ermənipərəst Krım deputatının sözlərinə görə, erməni “genosdi”i Ukraynada aclıq və Rusiyada Stalin repressiyasına bərabər bir hadisədir və mütləq şəkildə tanınmalıdır. “Türkiyə Avropa dövləti kimi tanınmaq istəyirsə, onda bu məsələyə başqa cür yanaşmalıdır”-deyə Şuvaynikov hər bir cəhdlə qondama erməni genosidinin tanınmasını tələb edir.

Bununla yanaşı o, Krım Ali Radasının qətnaməni ləğv edəcəyinə şübhə ilə yanaşır. “Qətnamənin ləğvi Krımdakı çoxsaylı erməni diasporuna hörmətsizlik olardı, axı həm də erməni diasporunun üzvləri Ukrayna vətəndaşlarıdırlar”.

Bu Şuvaynikova bir deyən lazımdır ki, balam indi sənin torpağında yaşayan ermənilər Ukrayna vətəndaşlığını alıb ukraynalılaşıblar deyə onların qondarma genosidi də ukraynanınkılaşmayıb ki?! Sənə nə olub, əgər hansısa bir qeyri millətdən olan biriləri gəlib sənin vətəndaşın olursa onun “genosidi” də sənin genosidin olur? Sənin ki millətin qırılmayıb. Olmaya sən də ermənisən, yox əgər elə deyilsə, bəs onda Krım tatarlarının halına niyə qalmırsan, nə də olsa onların adının əvvəlində bir Krım var axı?

Onda gərək, xarici ölkələrdə yaşayan və yaşadıqları ölkənin vətəndaşlığını almış azərbaycanlıların da Xocalı Soyqırımı tanınsın. Məgər Ukraynada , Krımda Azərbaycan vətəndaşı yoxdur?! Onların da soyqırımının tanınması üçün parlamentində canfəşanlıq etsənə... “Yüz il tarixi olan” bir situasiyanı görmək 11 il qabaq baş verən qətliamı, elə həmin müdafiə etdiyiniz ermənilərin törədikləri vəhşəti görməkdən bu qədərmi asan oldu sizin üçün?! Bağışlayın amma ya siz ermənisiniz, ya da uzağı özünə sərf edən şəkildə görən uzaq görən...

Səbinə
AzVision.az



Teqlər:  





Xəbər lenti