Prezident idarə heyətinin üzvlərini qəbul edib

Prezident idarə heyətinin üzvlərini qəbul edib
  09 Aprel 2013    Oxunub:1189
İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankı idarə heyətinin üzvlərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Avropa Yenidənqurma və İnkişaf Bankı idarə heyətinin üzvlərini qəbul edib.

Görüşdə idarə heyətinin üzvlərinin ölkəmizə səfərinin Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında strategiyanın hazırlanması baxımından önəmi vurğulanıb.

Həmçinin, görüşdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən yol-nəqliyyat infrastrukturu, sosial layihələr, informasiya-kommunikasiya texnologiyaları, turizm, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti