“Fransa Ermənistanın vasitəsilə Rusiyadan qisas almaq istəyir” – Sergey Markov

   “Fransa Ermənistanın vasitəsilə Rusiyadan qisas almaq istəyir” –    Sergey Markov
  21 Noyabr 2022    Oxunub:805
“Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə vicdansız və ədalətsizdir, beynəlxalq hüququ pozur. Çünki Azərbaycanın bütün Qarabağ ərazisi üzərində suverenliyini şübhə altına alır. Fransa açıq ermənipərəst mövqe tutduğu üçün özünü neytral ölkə, Cənubi Qafqazdakı münaqişələrin həllində vasitəçi olmaq imkanından məhrum edir. Bununla Fransa həm də böyük Avropa dövləti statusuna zərbə vurur”.
Bu sözləri AzVision.az-a rusiyalı politoloq Sergey Markov deyib. O bildirib ki, Fransa bu qətnamə ilə öz neytrallığını itirir və Ermənistanın xeyrinə 100 faizlik qərəzli mövqeyə keçir: “Fransa Cənubi Qafqazda vasitəçi olmaq üçün bütün imkanlarını məhv edir. O, neytral ölkə olmadığından iki ölkə arasında vicdanlı vasitəçi də ola bilməz”.

Markovun fikrincə, bu qətnamənin bir neçə səbəbi var. Əsas səbəb Fransanın maliyyə, siyasi və media sferasında fəal iştirak edən nəhəng erməni lobbisinin ona təsiridir. Digər səbəb isə Parisdə anti-türk əhval-ruhiyyəsinin çox güclü olması, əsl türkofobiyanın, islamafobiyanın hökm sürməsidir.
80 yaşlı qadını evində öldürən Fransa polisi - Beynəlxalq qurum petisiya başlatdı

“Türkiyə Azərbaycanın müttəfiqi olduğu üçün həmin türk fobiyası Azərbaycana da tətbiq edilir. Bundan əlavə, Şimali Afrikadan gələn çoxsaylı miqrantlar səbəbindən Fransada islamafobiya da geniş yayılıb. Azərbaycan İslam mədəniyyəti, islam sivilizasiyası olan ölkələrin birliyinə mənsub olduğu üçün islamafobiya Azərbaycana qarşı münasibətlədə də sirayət edir”,- Markov qeyd edib.

Rusiyalı politoloq hesab edir ki, Fransa bütün gücü ilə Ermənistanı Rusiyadan “qamarlayıb”, özünün, NATO və ABŞ-ın düşərgəsinə sürükləməyə çalışır. Ermənistanın baş naziri Nikol Paşinyan da bu işdə ona kömək edir. Amma Fransanın Rusiyadan qisas almaq istəyi də var.

“Fransa Ermənistanı faktiki olaraq Mərkəzi Afrika Respublikası, Mali və Burkina-Faso ilə eyni cərgəyə qoyur. Məsələ burasındadır ki, son bir neçə ildə bu ölkələrdə Fransa çox ciddi uğursuzluğa düçar olub, Rusiya onu sıxışdırıb. Beləliklə, Fransa Mali, Mərkəzi Afrika Respublikası və Burkina Fasoya görə Rusiyadan qisas almaq istəyir. Onlar çox vacib ölkələrdir. Çünki Fransanın böyük dövlət statusunu təsdiqləyirlər”, - S.Markov bildirib.

Murad Nəcəfov
AzVision.az

Teqlər: Fransa  







Xəbər lenti