“Türmədə ölümlər azalıb”

“Türmədə ölümlər azalıb”
  09 Aprel 2013    Oxunub:1393
Azərbaycanın cəzaçəkmə müəssisələrində ölüm halları mütəmadi olaraq hər il azalır.
Bu barədə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Rəfail Mehdiyev trend-ə bildirib.

İdarə rəisinin sözlərinə görə, Azərbaycanda Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində önəmli tibbi tədbirlər görülür, müasir müalicə üsulları tətbiq olunur ki, bunun da nəticəsində mütəmadi olaraq məhkumlar arasında ölüm halları aşağı enir.

"Elə bir il yoxdur ki, Azərbaycanda cəzaçəkmə müəssisələrində ölüm hallarının sayı eyni olsun. Faiz etibarilə ölüm halları ilbəil azalır. Məsələn, Azərbaycanın cəzaçəkmə müəssisələrində 1995-ci illə müqayisədə vərəmdən ölüm halları 38 dəfə azalıb. Bu, kifayət qədər böyük rəqəmdir. Ölüm halları ümumiyyətlə azalır, o cümlədən də vərəmdən", - Mehdiyev qeyd edib.



Teqlər:  





Xəbər lenti