PKK ermənilərə söz verdi

PKK ermənilərə söz verdi
  09 Aprel 2013    Oxunub:1470
“Ermənilərə qarşı çıxan hər kəs qarşısında PKK-nı görəcək”.
Hazırda Türkiyədə həbsdə olan PKK lideri Abdulla Öcalan ermənilərə və Assurlara məsaj göndərib. Mərkəzi İstanbulda yerləşən müştərək türk-erməni qəzetlərindən birində yer alan məlumata görə Abdulah Ocalan mesajını kürdlərin Sülh və Demokratiya Partiyasının (PKK) həmsədrlərindən olan Səlahəddin Dəmirtaş vasitəsilə göndərib.

Xatırladaq ki, Səlahəddin Dəmirtaş ötən həftə həbsxanaya PKK liderini ziyarətə gedib.

“Bundan sonra erməni və assurların hüquq və azdlıqlarını pozmağa yönəlmiş istənilən təşəbbüs PKK üçün qəbuledilməz hesab ediləcək. Ermənilərə qarşı çıxan hər kəs qarşısında PKK-nı görəcək. Demokratiya yalnız onların hüquqlarının təmin ediləcəyi halda mövcud ola bilər”-deyə Ocalan Dəmirtaşa bildirib və bu məsajını ermənilərə çatdırmağı xahiş edib.

Dəmirtaş Ocalanın mübarizəsini davam etdirəcəyini söylədiyini də bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti