Həmkarı Xanım Qafarovanı tək buraxmadı - FOTO
Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, teatrın rəhbərliyi, aparıcı aktyorları, eləcə də gənclərin bu əlamətdar tarixdə Xanım Qafarovanı xatırlaması, uzun zamandır ağır xəstəliklə mübarizə aparan aktrisaya ruh yüksəkliyi, mənəvi kömək olub.
“Teatr kollektivi sağ olsun, məni heç vaxt unutmayıb, hər çətin anımda yanımda olublar. Ad günü təbriki də mənə xoş bir sürpriz oldu. Özəlliklə gənclərin ziyarətini mən, sənətə, sənətkara verilən dəyər kimi qiymətləndirirəm” - deyə bildirən aktrisa, həmkarları ilə növbəti görüşün səhnədə olması arzusunu dilə gətirdi.