Beyonsun bacısı Jay-Z-ni döydü - VİDEO

Beyonsun bacısı Jay-Z-ni döydü - VİDEO
  13 May 2014    Oxunub:1058
Amerikanın məşhur müğənnisi Beyonsun bacısı liftdə müğənninin həyat yoldaşı, məşhur reper Jay-Z-yə hücum edib.
Bu barədə AzVision.az “TMZ”-yə istinadən xəbər verir.

Baş verən hücum liftin kamerası tərəfindən anbaan görüntülənib. Videoda əsəbi Solanj Noulz Jay-Z-yə zərbə endirir. Reperin mühafizəçisi onu sakitləşdirməyə çalışsada, buna müvəffəq ola bilməyib. Qadın Jay-Z-yə təpik vurarkən reper onun ayağını tutub. Məşhur müğənninin həyat yoldaşı Solanjın zərbələrindən qorunduğu vaxt, Beyonsun özü baş verən hadisələri sakitcə izləyir.

Liftdən çıxdıqdan sonra Beyons öz bacısı ilə bir avtomobilə, Jay-Z və onun mühafizəçisi isə digər avtomobillə hadisə yerindən uzaqlaşıb.



Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:





Xəbər lenti