İlham Əliyev başsağlığı verdi

İlham Əliyev başsağlığı verdi
  09 Aprel 2013    Oxunub:1355
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kamerona başsağlığı verib.
Başsağlığında deyilir:

"Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının keçmiş Baş naziri, görkəmli siyasi və dövlət xadimi xanım Marqaret Tetçerin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

XX əsrin dünya siyasətinin parlaq simalarından biri olan xanım Marqaret Tetçer Mühafizəkarlar Partiyasının çoxillik rəhbəri və Baş nazir qismində Birləşmiş Krallığın tarixində silinməz iz qoymuşdur. Marqaret Tetçer Azərbaycan ilə Birləşmiş Krallıq arasında əlaqələrin təşəkkülünə və genişlənməsinə, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafına böyük töhfə vermişdir", - başsağlığında deyilir.




Teqlər:  





Xəbər lenti