Ermənistan qarışdı

Ermənistan qarışdı
  09 Aprel 2013    Oxunub:1203
“Yeni Ermənistanın andiçmə mərasimi” baş tutub.
Prezident seçkilərində rəsmən ikinci yeri tutan müxalifət lideri Raffi Ovanisyan bu gün prezident Sərkisyanla eyni vaxtda Azadlıq meydanında konsitutsiyaya and içib. Ovanisyanın tərəfdarları isə kütləvi mitinqlərə start verib.

Raffi Ovanisyan mitinq iştirakçılarına verilən simvolik konsitutsiyaları qaldırmalarını və onun ardnca and içmələrini istəyib: “Mən, Ermənistan vətəndaşı, inam və Vətən naminə mövcud qanunsuz hakimiyyətlə hər cür əlaqəni kəsərək bəyan edirəm ki, saxtakar hakimiyyəti, yalançı qanunları və qanunsuz əmrləri tanımıram, satılmıram, təslim olmuram. Biz Dördüncü Ermənistan Respublikasının vətəndaşları əcdadlarımızın arzularına, uşaqlarımızın gələcəyinə və Konstitusiyaya and içərək bəyan edirik ki, mübarizə aparacağıq, Sevgi ilə, inam və hörmətlə mübarizə aparacağıq, mübarizədən çəkinməyəcək, bir-birimizə ümid və güc verəcək və qalib gələcəyik”.

Ovannisyan yenidən Serj Sərkisyanı və katalikos II Qaregini saat 18.00-da Azadlıq meydanına gəlməyə və xalqdan üzr istəməyə çağırıb.

Sonra mitinq iştirakçıları İrəvan küçələrində yürüşə başlayıblar. Erməni mətbuatının yazdığına görə, artıq onlarla fəal həbs olunub, prezident iqamətgahının ətrafı polis maşınları ilə əhatələnib.



Teqlər:  





Xəbər lenti