Həmsədrlər Məmmədyarov və Nalbandyanla görüşəcək

Həmsədrlər Məmmədyarov və Nalbandyanla görüşəcək
  09 Aprel 2013    Oxunub:1220
Həmsədrlər Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə yenidən görüşəcək
ATƏT-in Minsk Qrupunun həmsədrləri Vyanada Minsk Qrupu ölkələrinin səfirlərini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişi barədə məlumatlandırıb.

Bu barədə həmsədrlərin yaydığı birgə bəyanatda bildirilir. Xatırladaq ki, həmsədrlər İqor Popov, Yan Kelli, Jak For və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik 18-22 mart və 1-6 aprel tarixlərində regiona səfər edib. Vasitəçilər martın 21-də İrəvanda Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

Onlar aprelin 2-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçiriblər. Həmsədrlər martın 19-20-də və aprelin 4-5-də Dağlıq Qarabağda separatçı rejimin rəhbərliyi ilə də görüşüblər. Qeyd edək ki, vasitəçilər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə yaxın vaxtlarda yenidən görüş keçirəcək.


Teqlər:





Xəbər lenti