Yerevanda qarşıdurmalar səngimir- FOTOLAR

Yerevanda qarşıdurmalar səngimir- FOTOLAR
  10 Aprel 2013    Oxunub:1324
Raffi Ovanisyanın tərəfdarları ilə polis arasında toqquşma baş verib.
Hazırda Yerevanın paytaxtında etiraz aksiyası keçirən Ermənistan prezidentliyinə keçmiş namizəd, müxalifət “İrs” partiyasının lideri Raffi Ovanisyanın tərəfdarları polislə danışıqlar aparırlar. Onlar yürüş iştirakçılarını Baqramyan küçəsində yerləşən prezidentin iqamətgahına buraxılmalarını tələb edirlər.

Xatırladaq ki, bu gün Yerevanda ikinci müddətə seçilmiş Ermənistan prezidenti Serj Sarqsyanın inauqurasiyası keçirilib. Ovanisyan seçkilərin nəticələrini qəbul etməyərək, Konstitusiya məhkəməsinə şikayət verib və bu gün Azadlıq meydanında özünün alternativ inauqurasiyasını keçirib.

Polis etirazçıları dövlət başçısının iqamətgahına buraxmır və qanunsuz hərəkətlərə yol verildiyi təqdirdə mitinq iştirakçılarına qarşı xüsusi vasitələrdən istifadə edəcəyi barədə xəbərdarlıq edib. Bundan bir qədər əvvəl yürüş iştirakçıları ilə polis arasında bir neçə toqquşma baş verib. Toqquşmalar zamanı bir neçə etiraazçı xəsarət alıb

“News.am” xəbər verir ki, müxalifət tərəfdarları yürüşün marşrutunu dəyişərək prezidentin iqamətgahı yerləşən Baqramyan küçəsindən Moskovyan küçəsinə istiqamət götürüblər. Bundan əvvəl Raffi Ovanisyanın tərəfdarları polisdən yürüş iştirakçılarını Baqramyan küçəsində yerləşən prezidentin iqamətgahına buraxılmalarını tələb ediblər. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıların irəliləməsinə imkan verməyib.

Qeyd edək ki, Ermənistan Yazıçılar İttifaqının binası qarşısında müxalifət tərəfdarları ilə polis arasında bir neçə dəfə toqquşma baş verib, nəticədə “İrs” partiyasının sədr müavini Armen Martirosyan xəsarət alıb.

Qalereya




Teqlər:  





Xəbər lenti