Abituriyenlərə güzəşt ediləcək
Bildirlib ki, bunun üçün xüsusi kateqoriyaya aid olan bu insanlar müvafiq təsdiqedici sənədləri TQDK-ya və ya Sənəd Qəbulu Komissiyalarına təqdim etməli və qeydiyyatdan keçməlidirlər.
Əvvəlki illərdən fərqli olaraq məhdud fiziki imkanlı insanlar TQDK-ya və ya Sənəd Qəbulu Komissiyalarına şəxsən müraciət etmədən də qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatın aparılması üçün TQDK-nın internet saytında xüsusi səhifə (tqdk.gov.az/mfii) açılıb.
İştirak edəcəyi imtahanların növündən və sayından asılı olmayaraq bu şəxslərin cəmi bir dəfə qeydiyyatdan keçmələri kifayətdir.
Qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsinin nömrəsini və Pin kodunu, tələb olunan digər məlumatları elektron formanın müvafiq sahələrinə daxil etmək və məhdud fiziki imkan faktını təsdiq edən sənədin scan edilmiş surətini (jpeg faylını) elektron formaya qoşmaq lazımdır.
Qeydiyyatdan keçmiş şəxslər imtahana gələn zaman digər tələb olunan sənədlərlə yanaşı əlilliyi təsdiq edən sənədin əslini də mütləq özləri ilə gətirməlidirlər.(modern.az)