Maşın evə girdi: yaralılar var

Maşın evə girdi:  yaralılar var
  10 Aprel 2013    Oxunub:1342
Bakı-Şamaxı yolunun təxminən 16-cı kilometrliyində, Abşeron rayonu ərazisində avtomobilin daş hasara çırpılması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Müəyyən edilib ki, Anar Yusifzadənin idarə etdiyi “Mercedes” markalı minik maşını paytaxtdan Şamaxı istiqamətində hərəkət edirmiş. Hökməli dairəsindən bir qədər uzaqlaşdıqdan sonra sürücü qəfildən idarəetməni itirdiyindən avtomobil yoldan çıxıb və fərdi yaşayış evinin daş hasarına dəyib.

Qəza nəticəsində sürücü Anar Yusifzadə və bir sərnişin yüngül xəsarətlər alıb. Hadisə zamanı həmçinin hasar uçub və zərbədən bir deçə mişar daşı evin pəncərəsinə dəyərək içəriyə də müəyyən ziyan vurub. Xəsarət almış şəxslərə hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım maşınında ilkin yardım göstərilib.

Ev sahibi Ofeliya İsmayılova qəza vaxtı uçan divardan düşən daşın oğlunun ayağına dəydiyini və ona xəsarət yetirdiyini deyib.

Qeyd edək ki, hadisənin baş verdiyi yolun hər iki tərəfi yaşayış evləri olsa da burada işıqlandırma sistemi yoxdur.

Yol qəzası ilə bağlı baş dövlət yol polis idarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanılıb. Qəzanın səbəbləri dəqiqləşdirilir.(ans)


Teqlər:  





Xəbər lenti