Deputatlar Sankt-Peterburqa gedirlər

Deputatlar Sankt-Peterburqa gedirlər
  10 Aprel 2013    Oxunub:1428
Bu gün Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov və bir qrup deputat Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərə yola düşəcək
Vitse-spikerin başçılğı ilə Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Sevinc Fətəliyeva, Rüfət Quliyev və Sabir Hacıyev MDB Parlamentlərarası Assambleyasının tədbirlərində iştirak edəcəklər.

Vitse-spiker Valeh Ələsgərov MDB PA Şurasının iclasında Azərbaycan Milli Məclisini təmsil edəcək, daha sonra MDB PA ilə Avropa Şurasının birgə təşkil etdikləri beynəlxalq konfransa qatılacaq. Deputat Sabir Hacıyev də həmin konfransda iştirak edəcək.

Qeyd edək ki, MDB Parlamentlərarası Assambleya Şurasının iclasında demokratik seçkilərin keçirilməsində beynəlxalq standartlara əməl olunması ilə bağlı seminarın nəticələri, həmçinin yeni Avropanın quruculuğunda parlament təşkilatlarının roluna dair konfransa hazırlığın vəziyyəti, müxtəlif məsələlər müzakirə olunacaq. İclasda MDB Gənclər Parlamentlərarası Assambleyasının əlaqələndiricisi Sevinc Fətəliyevanın məruzəsi dinləniləcək.

Azərbaycan parlamentinin deputatı Arif Rəhimzadənin sədr olduğu MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi Komissiyasının iclasında dövlətlərin sosial strategiyası, immiqrantların onları qəbul edən cəmiyyətə inteqrasiyası, vətəndaşların reproduktiv hüquqları kimi məsələlərə baxılacaq. Daha sonra Arif Rəhimzadə MDB PA Şurasının iclasında qurumun nəzdində səhiyyə üzrə Ekspert şurası barədə məruzə edəcək.
Deputat Rüfət Quliyev isə sədr müavini olduğu Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq daimi Komissiyasında aparılan müzakirələrdə yaxından iştirak edəcək.


Teqlər:





Xəbər lenti