Telekanallarımızda bədii şuralar yaradılır

Telekanallarımızda bədii şuralar yaradılır
  10 Aprel 2013    Oxunub:1291
Teleradio kanallarında dil mədəniyyətinin qorunması üçün bədii şuralar yaradılacağı nəzərdə tutulub.
Prezident İlham Əliyev dünən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, Dövlət proqramına əsasən, Milli Televiziya və Radio Şurası tərəfindən teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuralar yaradılacaq.

Kütləvi informasiya vasitələrində dövlət dilinin təbliği­nin gücləndirilməsi işi Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Milli Televiziya və Radio Şurası və Mətbuat Şurasına tapşırılıb.

Televiziya və radio verilişlərində, yazılı və elektron mət­buatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldil­mə­sinin təmin edilməsi həyata keçiriləcək.




Teqlər:  





Xəbər lenti