Seksual həyat işdən birbaşa asılıdır

Seksual həyat işdən birbaşa asılıdır
  16 May 2014    Oxunub:1535
İnsanların seksual həyatları onların işindən birbaşa asılıdır.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Bununla bağlı İngiltərə alimləri 1600 nəfər arasında sorğu keçiriblər. Sorğuya əsasən işdə əsas mövqeləri tutan şəxslər intim həyatda passiv olurlar. Araşdırmalara əsasən il ərzində 50 min funt sterlinqdən çox qazanan insanların üçdə biri həftədə yalnız bir dəfə sekslə məşğul olurlar.

İl ərzində 15-34 min funt sterlinq qazanan şəxslərin 54%-i isə həftə ərzində bir neçə dəfə sekslə məşğul olurlar. Bunun səbəbi isə olduqca sadədir: Adətən çox qazanan insan işdə daha çox qalır və karyerası barədə daha çox düşünür. Nəticədə intim həyat üçün nə vaxt nə də güc qalır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti