Avropa Komissiyası 69 milyard dollarlıq müqaviləni bloklayacaq

 Avropa Komissiyası   69 milyard dollarlıq müqaviləni bloklayacaq
  16 Yanvar 2023    Oxunub:1856
Avropa Komissiyası “Microsoft Corporation” və xüsusilə “Call of Duty” franşizasına sahib olan “Activision” şirkətlərinin birləşməsi ilə bağlı 69 milyard dollarlıq oyun sənayesində ən böyük sövdələşməni əngəlləməyə hazırlaşır.
Bu barədə “Reuters” AK-dəki mənbəyə istinadən məlumat yayıb. “Avropa Komissiyası etirazların siyahısını hazırlayır və bu siyahı yaxın həftələrdə “Microsoft”a göndəriləcək”, - agentlik bildirib.

“Etirazlar siyahısı”nın dərci Avropa İttifaqının antiinhisar qaydaları əsasında əməliyyatın bloklanmasının birinci mərhələsidir. Əməliyyatın təşəbbüskarı daha sonra tənzimləyiciyə xüsusi tədbirlərlə cavab verməlidir ki, bu da adətən əməliyyatın Aİ-nin rəqabət qaydalarına uyğunlaşdırılması üçün onun parametrlərinin dəyişdirilməsini əhatə edir.

İşlərin yekunlaşması illər çəkə bilər. Həmin dövrdə müqavilə bloklanmış olaraq qalır. “Activision”un ələ keçirilməsini başa çatdırmaq üçün “Microsoft” Böyük Britaniya və ABŞ-dakı tənzimləyicilərdən oxşar təsdiqlər almalıdır. “Activision”un rəqibi “Sony Entertainment” bu sövdələşmənin qarşısını almaq üçün fəal şəkildə çağırışlar edir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti