"Koreyanı fəlakət gözləyir"

"Koreyanı fəlakət gözləyir"
  10 Aprel 2013    Oxunub:1446
"Koreya yarımadasında vəziyyət olduqca gərgindir. Belə bir anda yol verilən ən xırda səhv addım böyük fəlakətlərə səbəb ola bilər".
BMT-nin Baş Katibi Ban Ki-mun belə bəyanatla çıxış edib. O bildirib ki, Şimali Koreya rəhbərliyi bölgədə süni gərginlik yaratmaqdan əl çəkməli və regiondakı müharibə mühitini aradan qaldırmalıdır.

Ban Ki-mun , Koreya yarımadasında müharibənin başlanması bölgəni fəlakətə sürükləyəcəkyindən narahatdır. Baş katib əmindir ki, rəsmi Pxenyan bununla özünü məhv etmiş olacaq.

Ban Ki-mun Şimali və Cənubi Koreya sərhəddindəki müştərək ticarət bölgəsi olan Kaesonqda işin yenidən bərpa olunmasını da tələb edib. O bildirib ki, iqtisadi məsələləri siyasi mövzulara aid etmək olmaz.

Bu arada Şimali Koreya rəhbərliyi Cənubdakı əcnəbi ölkə vətəndaşlarına səslənərək, onlardan bu ölkəni 3 gün ərzində tərk etmələrini xahiş edib. "Əks təqdirdə, Pxenyan əcnəbilərin həyatına yaranmış təhlükələrə görə məsuliyyət daşımayacaq".


Teqlər:





Xəbər lenti