Qadınların qocaldığı və xoşbəxt olduğu gün - MARAQLI

Qadınların qocaldığı və xoşbəxt olduğu gün -  MARAQLI
  17 May 2014    Oxunub:1222
Sən demə, qadınlar hər çərşənbə günü, günortadan sonra qocalır.
Kosmetika firması tərəfindən aparılan maraqlı bir araşdırmanın nəticəsinə görə, hər 10 qadından birinin çərşənbə gününü həftənin ən stressli günü hesab etdiyi ortaya çıxıb.

Araşdırmaya görə, çərşənbə günü enerjinin tükənməsi, iş stressinin zirvəyə çatması və həftəsonundan qalan yorğunluğun öz təsirini göstərməsinə görə qadınlar bu gün günorta 15:30-dan sonra yaşlı görünür.

Qadınların özlərini xoşbəxt hiss etdiyi gün isə cümədir. Araşdırmaya qatılan qadınların 60 faizi cümə günü özlərini çox xoşbəxt və sevincli hiss etdiklərini deyib.

Bazar ertəsi gecəsi qadınların yuxusuzluqdan daha çox şikayət etdiyi bir gündür. Yuxusuzluğun nəticəsi 48 saat sonra üz və boyun bölgəsində özünü göstərdiyi üçün məhz çərşənbə günü qadınlar daha çox yorulur və yaşlanır.

Çərşənbə günü qadınlar özlərinə qulluq etməyə artıq bazar ertəsi olduğu kimi həvəsli olmur.


Teqlər:  





Xəbər lenti